Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
11:13
Bakıdan paylaşılan bu foto haqda - Rəsmi açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər sosial şəbəkələrdə geniş yayılan və “Boz Bakı”, “Ağacsız Bakı” başlığı ilə paylaşılan foto haqda açıqlama verib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Qafqazinfo”nun bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, səmadan çəkiliş xüsusi vasitələrlə təyyarədən çəkilirsə, yaxud kosmik çəkilişdən söhbət gedirsə, bu zaman əvvəlki görüntülərlə müqayisə edilməlidir: “Biz bəzən görürük ki, Dağüstü parkdan bir şəkil çəkilir və Bakı haqda fikirlər bildirilir. Bakı təkcə mərkəzi hissədən ibarət deyil. Bakının Sabunçu, Suraxanı, Pirallahı rayonları tamamilə neftlə çirklənmiş ərazilər idi, heç bir park yox idi. Paytaxtın yaşıllığı haqqında danışdıqda kompleks yanaşmaq lazımdır.

Abşeron yarımadasında yerləşdiyindən Bakının torpağı çox da münbit deyil. Paytaxtda yaşıllıq çox çətinliklə bitir və buna görə də biz hər bir ağac uğrunda mübarizə aparırıq. Bakıda ağacların kütləvi kəsildiyini iddia etmək də düzgün deyil. Biz ötən il çoxlu sayda qeydiyyat aparmışıq, hüquq-mühafizə orqanlarına müraciət etmişik, 147 akt tərtib edilib. Hər birində 1,3 yaxud 5 ağacın kəsilməsindən söhbət gedir. Amma yüzminlərlə ağac əkilir. Təkcə “Nəsimi ili” çərçivəsində ölkədə 650 min ağac əkilmişdi, onların 80 mini Bakıda idi. Əkilən ağacların yetişmə faizinə də baxdıqda Bakıda yaşıllığın azalmasını deyə bilmərik.

1960-cı illərdə Bakının cəmi 1,5 faizi yaşıllıq idi. Ümumilli lider hakimiyyətə gəldikdən sonra 15 il ərzində yaşıllıq 8-10 faizə çatdı. Hazırda da bu artım dinamikası davam edir. Bir məsələni də xüsusi qeyd edim ki, yaşıllıqların uçotunun aparılması qanunvericiliyə görə yerli icra hakimiyyəti orqanları aparmalıdır və müvafiq orqanlara təqdim etməlidirlər. Çox təəssüf ki, bu iş aparılmır”.

Məqalədə : Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
180

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 04:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru