Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2019
10:30
3884
Bakıdakı ikinci metro terrorundan 25 il ötür

3 iyul saat 8.30 "28 May" stansiyasından çıxmış qatarın ikinci vaqonunda partlayış ondan sonra isə yanğın baş verir, terror aktı nəticəsində 13 nəfər həlak olur 58 nəfər yaralanır.

Terror aktını törədməktə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı, Azər Aslanov Moskvada həbs olunur və Azərbaycana ekstradisiya edilir.

1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı Metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülür.

İstintaq nəticəsində müəyyən edilib ki, 13 yanvar 1994-cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov, Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Bakı Metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub.

Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır və o, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında İnterpolun xətti ilə beynəlxalq axtarışa verilir. Daha sonra Balayan MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.

2001-ci ildə Ermənistanın müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.

Qeyd edək ki, 3 iyul metro terroru ikinci belə hadisə idi. Birinci hadisə isə mart ayının 19-da metronun "20 Yanvar" stansiyasında baş vermişdi. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. Partlayışdan sonra "Sadval" separatçı qrupunun 11 üzvü həbs olunub. Onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarmışdır, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.

Məqalədə : Bakı metrosunda terror 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
389

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
276

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
298

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
334

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
363

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
352

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
937

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
733
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 15:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru