Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
10:30
2497
Bakıda keçiriləcək İnformatika Olimpiadasının proqramı açıqlanıb

Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçiriləcək.

Təhsil Nazirliyindən Faktxeber.com-a verilən məlumata görə, 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. 

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək.

Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Avqustun 5-də Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər - “Azercell” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
330

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
707

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1409

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
114

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1703

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
743

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
160

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
141

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
160

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
146
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 20:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru