Bakıda fırıldaqçı taksi şirkəti peyda olub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
11:31
1942
Bakıda fırıldaqçı taksi şirkəti peyda olub
Taksi sürücüsü kimi işə düzəlmək istəyən şəxslər bu xəbəri mütləq oxusun

Taksi sürücüsü kimi işə düzəlmək istəyən bir qrup vətəndaş fırıldaqçı şirkətin qurbanına çevrilib. FaktXəbər-in məlumatına görə, özünü taksi şirkətinin sahibi kimi qələmə verən Samir adlı şəxs 70-dən çox vətəndaşın pulunu mənimsəyib.

Şəhərin Nəsimi rayonu ərazisində ofis götürən fırıldaqçı vətəndaşları orada qəbul edərək onlardan 500 AZN depozit pulu alıb. Taksi sürücüsü işləmək istəyənlərə avtomobillər vəd edən "şirkət" rəhbəri onları iki gün ərzində maşınla təchiz edəcəyini bildirib.

Külli miqdarda pul yığdıqdan sonra vədinə əməl etməyən və heç bir vətəndaşa avtobobil verməyən fırıldaqçı aradan çıxıb. Vətəndaşların müraciətindən sonra Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb.

Məqalədə : taksi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 00:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com