Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
10:36
Bakıda banklar bu 100 dollarlıq əskinasları qəbul etmir - SƏBƏB

Bu günlərdə AtaBank-ın “Gənclik” filialında 100 dollarlıq əskinasını dəyişmək istəyən vətəndaşa bank əməkdaşı tərəfindən imtina cavabı verilib. Bank əməkdaşı tərəfindən vətəndaşın əlindəki 100 dollarlıq əskinasın 1993-cü ilədək buraxıldığı əsas gətirilərək, həmin pul nişanının dövriyyədən çıxarıldığı iddia edilib.

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən bildirilib ki, 1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir:

“Banklarda apardığımız araşdırmada məlum olub ki, bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir. Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda "ölü" vəsaitə çevrilir. Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əskinaslar qəbul edilmir”.

Rəsmi məlumata görə, qanunvericilikdə xarici valyutanın banklar tərəfindən qəbul edilməsilə bağlı öhdəlikləri müəyyənləşib:

““Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması" qaydalarında banklar tərəfindən tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli komisyon haqlarının müəyyən edilməsinə yol verilmir".

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, Amerika qanunvericiliyində əskinasların dövriyyəsilə bağlı qadağalar mövcud deyil:

“Yeni əskinaslar buraxıldıqca, Amerika Mərkəzi Bankı köhnələri dövriyyədən çıxartmadan əvəzləyir. Hətta vətəndaşların əlində 1920-1930-cu illərdə buraxılmış əskinaslar var ki, Amerika Mərkəzi Bankı onları qəbul edir. Yəni əskinasların dövriyyədə olma müddətilə bağlı məhdudiyyət yoxdur. Bu baxımdan, Azərbaycanda da köhnə dollarla bağlı eyni qaydalar tətbiq olunur. Köhnə pul vahidləri dövriyyədən çıxarılmayıbsa, onun banklar tərəfindən qəbulunda məhdudiyyət ola bilməz. İstər xarici valyuta olsun, istərsə yerli valyuta.

Azərbaycanda da yeni nişanlamalarla 10 manatlıq əskianslar buraxılıb. Yeni 10 manatlıqlarla bərabər, köhnə 10 manatlıqlar da dövriyyədədir. Mərkəzi Bank da açıqlama verdi ki, bu pul nişanları məhdudiyyətsiz olaraq dövriyyədədir.

O cümlədən, Azərbaycanda fəaliyyət göstərən banklar da, dövriyyəsinə məhdudiyyət qoyulmayan pul əskinaslarının qəbulunda problem yaratmamalıdırlar.

Yəni Amerika dolları ilə bağlı məhdudiyyət yoxdur”.

Ekspert qeyd edib ki, bəzi hallarda Amerika bankları dolların qəbulundan imtina edə bilərlər:

“1930-cu illərə qədər Amerikada minlik əskinaslar çox populyar olub və bahalı sayılıb. Sonradan o əskinasları buraxmadılar. Hazırda dövriyyədə olan ən böyük əskinaslar yüzlüklərdir. Həmin minlik əskinaslar kimdəsə qalıbsa, Amerika bankları, hətta kolleksionerlər ona nominalından daha artıq pul verməyə hazırdırlar. Əgər nömrə nişanlanmasında problem yaşanıbsa, seriya nömrələri bilinmirsə, yaxud çox ciddi zədələrə məruz qalıbsa, o məhdudiyyətlərlə banklar həmin əskinasın qəbulundan imtina edə bilər. Əskinasın ili ilə bağlı məhdudiyyət mövcud deyil”. (modern.az)

Məqalədə : Banklar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43149

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41468

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43037

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42542

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48069

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42576

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42918
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 01:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru