Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
16:50
Bakıda aviabilet almaq üçün izdiham - VİDEO

Sabah Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti Bakıdan İstanbula çarter reysi təşkil edəcək.

Bu reysə bilet satışı paytaxtın Xətai rayonunda, Xocalı prospekti, 37 ünvanında izdihama səbəb olub. 

THY-nin ofisi bu ünvanda yerləşir və bu gün səhər saatlarından bilet almaq üçün ofisin qarşısına onlarla insan yığışıb. 

Vətəndaşların sözlərinə görə, səhər saat 09:00-dan bilet almaq üçün bura gəlsələr də, satış sistemində problem yarandığı üçün gözləməyə məcbur olublar: "Ofisdən bizə gözləməyi deyiblər". 

Bir qədər sonra bilet satışına başlanılsa da, məlum olub ki, çarter reysləri ilə yalnız Türkiyə vətəndaşları gedə biləcək, çünki məqsəd onların təxliyə edilməsidir. Bu isə bilet almaq istəyən Azərbaycan vətəndaşlarının narazılığına səbəb olub. 

"Report" məsələ ilə bağlı THY ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, çarter reyslərinə bilet satılarkən, ilk növbədə, Türkiyə vətəndaşlarına üstünlük verilir. Əgər təyyarələrdə yer qalarsa, Azərbaycan vətəndaşlarına bilet satıla bilər. Amma bu zaman da üstünlük əsasən ailəli şəxslərə, Türkiyəyə müalicə üçün getmək istəyənlərə verilir.

Məqalədə : Türk Hava Yolları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 9-cu gününün duası - AUDİO

21

Aprel
20:28
MƏNƏVİYYAT
130

İraqda İŞİD-çilər yaxalanıb

21

Aprel
16:15
DÜNYA
250

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
263

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
235

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
240

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
235

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
255

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
208
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2021 03:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru