Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2019
11:49
Bakıda adam oğurluğuna görə ər-arvad və daha 3 nəfər saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ), Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.

BŞBPİ-nin Mətbuat Xidmətindən FaktXəbər-ə bildirilib ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsininin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
397

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
435

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
430

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
65257

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
748

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2020 21:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru