Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2019
10:46
1170
Bakıda 700-dən çox müəllimə təlim keçiriləcək - FOTO

Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 700-dən çox ibtidai sinif müəlliminin cəlb olunması nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək.

Təlimi uğurla tamamlamış müəllimlər yekun qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaq.

Təlimlərin keçirilməsində əsas məqsəd İnklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrasını təmin etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi” layihələrinin tərkib hissəsidir.

Məqalədə : müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
324

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
325

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
374

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1197

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1388

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1162

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1191

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
508
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 04:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru