Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
15:35
1180
Bakıda 15 min manata kirayə bağ evi verilir

“Kirayə mənzil bazarı hər il əvvəlki illərlə müqayisədə daha çox qiymət artımı ilə yadda qalır”.

Bu sözləri əmlak məsələləri  üzrə ekspert Ramil Osmanlı bildirib.

Ekspert bildirib ki, bunun da əsas səbəbi şəhərsalma ilə, infrastrukturla əlaqədar kirayə mənzil bazarında təklif portfelinin həcminin daralmasıdır.

“Kirayə mənzil bazarında təklif portfelinin əsas hissəsini təşkil edən ərazilərin bir çoxu söküntülərə məruz qalır. Bununla da təklif portfeli azalır. Bu da qiymətin artımına gətirib çıxarır. Hələ ki tələbələrin qayıtması prosesi başlamayıb, ona görə də qiymətlər stabildir. Yəqin ki, avqustun ikinci 10 günlüyündən sonra qiymətlərin artımını müşahidə edəcəyik”.

R.Osmanlının sözlərinə görə, kirayə mənzillərin seqmentləri fərqlidir.

“Elə mənzillər var ki, gündəlik kirayə üçün istifadə edilir. Bunlar daha çox mərkəzə yaxın ərazilərdə olur və turistlər üçün nəzərdə tutulur. Həmin yerlərdə turist axınının baş verdiyi vaxtlarda qiymətlərin dəyişməsi müşahidə edilir. Şəhər mərkəzində qismən yaxın olan ərazilərdə də qiymətlərin müəyyən qədər artımı müşahidə edilir. Mikrorayonlar, Qara Qarayevdən üzü Əhmədliyə qədər olan ərazilər, Binəqədi rayonunun müxtəlif yerləri, Yeni Yasamal və başqa ərazilərdə artım daha çox axın olan vaxt qeydə alınır.  Tələbələr rayonlara axın etdikdə qiymətlər ucuzlaşır, Bakıya qayıdanda isə bahalaşır”.

Ekspert deyib ki, bağlarda kirayə qiymətləri 3 dəfəyə qədər artıb.

“Dənizkənarı ərazilərdə, bağlarda kirayə qiymətləri mövsümə uyğun olaraq bahalaşıb. Bu proses müvəqqəti dövrü əhatə edir, yaxın zamanlarda bağlarda kirayə qiymətlərinin ucuzlaşmasını müşahidə edəcəyik. Bu gün elə bağlar ki, 15000 manata təklif olunur. Normal şəraiti olan bağlarda minimum qiymətlər 1000-1200 manatdan başlayır”.(modern.az)

Məqalədə : kirayə ev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
52

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
81

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
119

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
153

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
144

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
694

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
517
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 16:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru