Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
11:59
Bakıda `Range Rover`lə iki nəfərin ölümünə səbəb olan polis əməkdaşı həbs edildi

İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub.

İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Şahidlər bildirib ki, hadisədən sonra “Rang Rover”in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

İki nəfərin ölümü ilə nəticələnən və KİV-də müxtəlif fikir və iddiaların yayılmasına səbəb olan bu ağır yol-nəqliyyat hadisəsinin iştirakçısı olan həmin sürücünün şəxsiyyəti müəyyən edilib-edilmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

DİN-in  Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o artıq həbs olunub: “Doğrudan da ağır hadisədir. Təssüflər olsun ki, nəticədə iki vətəndaşımız dünyasını  dəyişib. Polisin əməliyyat-istintaq qrupu hadisə yerinə çatanda “Range Rover” markalı avtomobilin sürücüsü artıq oranı  tərk etmişdi. Bütün bunlara baxmayaraq, DİN rəhbərliyinin birbaşa nəzarətə götürdüyü bu  hadisə ilə bağlı operativ olaraq peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurla nəticələnib. Məlum oldu ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək  istintaqa təhvil verilib. Hadisə ilə bağlı Binəqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com