Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
16:22
879
Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin ixtiyarına verilib. Bu barədə Kompleksdən Faktxeber.com-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, 28 maydan etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq. Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər saatı təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00 da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Varonej, Tula, Moskva şəhərlərindən keçəcək.

Sərnişinlər Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. 

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!

Məqalədə : Bakı Tver 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
2866

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1612

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2702

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1058

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1084

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1523

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1084
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 16:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru