Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2021
14:16
Baş infeksionistdən karantinin sərtləşdirilməsi ilə bağlı açıqlama: “Müzakirələr gedir” - VİDEO

“Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında operativ qərargahın apardığı müşahidələrə əsasən verilir. Onun yumşaldılması və sərtləşdirilməsi təcrübəsi zamanla dəyişilir”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, bununla bağlı artıq müzakirələr aparılır:

“Vaxt keçdikcə virus haqqında bilgilərimiz artır, yeni imkanlar üzə çıxır. Əvvəlki dövrdə vaksinasiya prosesi yox idi, hər şey yalnız qoruyuculuq qaydalarına əsaslanırdı. Yəni insanlar arasında təmasların mümkün qədər azaldılmasına çalışılırdı. Bu gün vaksinasiya prosesi yoluxmanın sayını əngəlləyən faktorlardan birinə çevrilib. COVID pasportu və immun sertifikatı tənzimləyici sənəddir.

Dövlət artıq SMS-icazə kimi sərt tədbirlərlə hamını qapatmaq istəmir. Müəyyən mənada yoluxma riski az olan insanlara geniş imkanlar vermək istəyir. Yəni idarəedici alətlərlə daha yumşaq idarə etmək iqtidarındadır. Amma yenə də hər şey mövcud durumdan asılıdır.

Yoluxma sayı artdıqca müvafiq olaraq səhiyyə sistemi də yüklənməyə başlayır. Çarpayı sayları, yoluxma dinamikası və digər iqtisadi məsələlər təhlil edilir və mütəxəssislər tərəfindən qərarlar verilir. Təbii ki, bu haqda müzakirələr gedir, amma hələ ki rəsmi qərar yoxdur. Yəqin ki, vəziyyət belə davam etsə, bu tip açıqlamalar olacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 08:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru