Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2021
10:35
BAEA İranın köhnə razılaşmalara riayət etməyə razı olub-olmadığını öyrənəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yeni İran hakimiyyətinin Agentliyin əvvəlki İran hökuməti ilə əldə etdiyi razılaşmalara riayət etməyə hazır olub-olmadığını öyrənməyi planlaşdırır.

TASS xəbər verir ki, bunu Vyanada keçirilən mətbuat konfransı zamanı AEBA-nın baş direktoru Rafael Qrossi deyib.

R.Qrossi bildirib: "Əvvəlki rəhbərliklə müəyyən müqavilələrimiz vardı. Hazırkı rəhbərliyin bunların icrasına razı olub-olmadığını və ya dəyişdirmək istədiyini müəyyən etmək lazım gələcək"..

Tehrana səfərini şərh edən R.Qrossi keçirilən görüşləri konstruktiv adlandırıb, lakin İranın nüvə proqramının optimal şəkildə monitorinqi üçün hələ çox işlərin görülməli olduğunu qeyd edib: "Bütün məsələləri 10 saat ərzində həll etmək mümkün deyildi".

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi sentyabrın 12-də İranın paytaxtı Tehrana səfər etmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
237

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
210

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
201

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
225

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
212

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
331

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
321

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
338

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 02:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru