Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2021
15:10
Baş Dövlət Yol Polis İdarəsi velosipedçilərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi baş verən qəzalarla bağlı velosipedçilərə müraciət edib.

Baş DYP İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər: "Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.

Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar".

Qeyd edək ki, ötən gün saat 18:45 radələrində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində Pirallahı qəsəbə sakini 1994-cü il təvəllüdlü sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi “Mercedes-Benz” markalı, 99-HC-515 dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 1961-ci il təvəllüdlü Hümbətov Şahin Zərqulu oğlunu vurub və o, hadisə yerində ölüb.

Bundan əvvəl, 02.10.2021-ci il tarixdə saat 12:30 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində Abşeron rayonu sakini 1967-ci il təvəllüdlü sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi “QAZ-53” markalı, 10-HC-792 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Binəqədi rayonu, 28 May qəsəbəsində velosipedçi 2000-ci il təvəllüdlü İsmayılov Nicat Vüqar oğlunu vurub və o da ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
492

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
618

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
628

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
679

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
690
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 14:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru