Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
11:02
335
Bağdadda qurbanlarla nəticələnən nümayişlərə görə təcili istintaq başladılıb

İraqda 3 nəfərin öldüyü, 60 adamın yaralandığı nümayişlərlə əlaqədar təcili istintaq başladılıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İraq hökumətindən Baş naziri Adil Abdulmehdi tərəfindən edilən yazılı şərhdə bəyan edilib. 

Abdulmehdi  çıxışında həmçinin insanların bütün tələblərinin qanunlar çərçivəsində icra ediləcəyinə vəd verib. Onun sözlərinə görə, nümayişlər başlamazdan əvvəl insanların bütün tələblərini qeydiyyata götürən  komissiyaların yaradıldığını və onların yerinə yetirilməsi üçün işlərin başladıldığını vurğulayıb.

Xatırladaq ki, işsizliyə, korrupsiyaya və keyfiyyətsiz xidmətlərə etiraz olaraq oktyabrın 1-də Bağdadda minlərlə nümayişçi küçələrə axışıb. Polis onları dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnağından və əsl güllələrdən istifadə edib.

Əsas nümayiş paytaxtda olub, lakin digər şəhərlərdə də etirazlar baş qaldırıb.

Səhiyyə nazirliyi toqquşmalarda 40 polisin yaralandığını bildirib.

Deyilənə görə, təqribən 3,000 etirazçı Bağdadın güclü mühafizə olunan, hökumət binaları və səfirliklərin yerləşdiyi "Yaşıl Zona"ya aparan körpüdən keçmək istəyib. Yolları bağlayan təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün qumbara və su şırnağından istifadə edib.

Dövlət rəsmiləri baş verənlərə görə izdihamı zorakılığa təhrik edən adamları günahlandırıb.

Məqalədə : İraq nümayiş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
49

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
325

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
146

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
65

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
134

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru