Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
12:39
1553
Azərbaycan Ziyalılar Birliyi Qüdslə bağlı bəyanat verib

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Beynəlxalq Qüds Günü ilə bağlı bəyanatla çıxış edib. Sənəddə deyilir: 

“Əgər bir insan digərinə haqsızlıq edirsə, çətinliklə də olsa onu anlamaq, yaxud islah etmək olar. Amma hər hansı bir dövlət hegemonluq və ədalətsizlik göstərərək, digər bir məmləkəti işğala məruz qoyur, qanlı-qadalı müharibələr başlayır, minlərlə, yüz minlərlə günahsız insanı məhv edirsə, - ABŞ və İsrail cütlüyü kimi, - bu, artıq, sözün əsil mənasında bəşəri cinayət sayılır. Və heç şübhəsiz ki, dünyanın bütün mütərəqqi, sülhpərvər cəmiyyətləri belə anti-bəşəri, qəsbkar siyasəti qətiyyətlə qınamalı, rədd etməlidir. Artıq nə ayrı-ayrı fərdlər, insanlar, nə müxtəlif cəmiyyətlər, nə də ki, bəşəriyyət dünyamızın real durumu və dünya görüşü problemlərinə əvvəlki rakursdan baxmır. Mütərəqqi yaşam tərzi üstünlük təşkil edir - və bu, inkarolunmaz bir faktdır. Haqqa, ədalətə, əvvəllərdə olduğundan daha fərqli yanaşılır, daha çox önəm, daha artıq prioritet verilir. Hamı görür, dərk edir və bilir ki, bu gün Fələstin torpaqları işğal altındadır. Eləcə də, hamı anlayır, qəbul edir ki, bu işğalın ideya müəllifi və icraçısı sionist ideologiyası ilə idarə olunan İsrail rejimidir. Nə yazıqlar və sədd heyf ki, bu rejim illərdi öz riyakar siyasətinə bəzəkli yalan donu geyindirərək bir çoxlarını aldada da bilib”. 

Biz sionist rejimin təcavüzkarlığına, irqçi xislətinə, Qərbin ikili xarici siyasət strategiyasına, ABŞ-ın analoqsuz müstəmləkəçilik və xudpəsəndliyinə “YOX” deyirik

Bəyanatda daha sonra bildirilir:

“Bu gün Qüds günüdür - seçim günü! Xeyirxahlıqla bədxahlıq, yaxşı ilə yaman, məhəbbətlə nifrət arasında seçim günü. Bu gün zülmə etiraz və haqqın qorunan günü, nəhayət İslam həmrəyliyi və cəmi müsəlmanların qardaşlıq günüdür! Böyük İslam dünyası öz müstəqilliyini, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq istəyirsə, bu gün Qüdsün, Beytül-Müqəddəsin, Qarabağın və onlarla işğala məruz qalmış islam torpaqlarının xilasını arzu edirsə İSLAMİ MÜQAVİMƏT HƏRAKATINA dəstək verməli, dünya müsəlmanlarının birliyinin peşində olmalıdır. Biz hamılıqla sionist rejimin təcavüzkarlığına, irqçi xislətinə, Qərbin ikili xarici siyasət strategiyasına, ABŞ-ın analoqsuz müstəmləkəçilik və xudpəsəndliyinə sərt şəkildə “YOX” deməliyik. Bunun, sadəcə, alternativi yoxdur. Biz Qüdsə, Beytül-Müqəddəsə və dədə-baba yurdumuz Qarabağa azadlıq, azadlıq və yenə də AZADLIQ tələb edirik!” 

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
56

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1744

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
527

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1624

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1754

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
1995

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1295

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
800

Yalan danışanı aşkarlamağın 8 yolu

24

İyun
12:34
MARAQLIDIR
2967
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2019 21:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru