Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclası zamanı səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Bişkek sammitində çıxışını şərh edərkən bildirib.
Əslində bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə N.Paşinyanın özüdür. Cari ilin avqust ayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır.” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurmuşdur. Əgər N.Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir.
Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu ilin 3 oktyabr tarixində Azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir. KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 30 oktyabr tarixində Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, 26 noyabr tarixində isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan baş nazirinə hər hansı aidiyyəti yoxdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Njde Qaregin adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlilərə istinad edərək çıxış etdi. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib. Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri V.Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Njde Qaregini A.Soljenitse ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir.
Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur.

Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
06
Dekabr
Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının növbəti iclası başlayıb
06
Dekabr- 06-12-2019 12:15 Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
- 05-12-2019 17:49 Nazirlər Kabinetində yeni təyinatlar olub
- 05-12-2019 17:05 YAP bütün partiyaları seçkilərdə iştiraka çağırıb
- 05-12-2019 16:37 İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi
- 05-12-2019 16:11 Məmmədyarov: Mnatsakanyana məsləhət görərdim ki
- 05-12-2019 08:39 Azərbaycan və Ermənistanın XİN rəhbərləri razılığa gəliblər
- 04-12-2019 17:09 Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb
- 04-12-2019 16:31 Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verdi
- 04-12-2019 15:39 Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olmasına dair qərarın TAM MƏTNİ
- 04-12-2019 15:23 Hacıqabulun icra başçısı dəyişdirilib
- 04-12-2019 15:21 Naftalana yeni icra başçısı təyin edilib
- 04-12-2019 15:17 Nazirlər Kabinetində yeni təyinatlar olub
- 04-12-2019 15:10 Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarının mətni açıqlanıb
- 04-12-2019 11:44 Azərbaycan Prezidenti “Bakutel-2019” sərgisi ilə tanış olub
- 04-12-2019 09:23 Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
- 04-12-2019 08:25 Bu gün Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması ilə bağlı sorğuya baxacaq
- 03-12-2019 18:07 XİN Elmar Məmmədyarov və Sergey Lavrovun görüşü ilə bağlı məlumat yayıb
- 03-12-2019 16:46 Erməni məmurlar Azərbaycana gəlir
- 03-12-2019 16:17 Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarılıb
- 03-12-2019 16:09 Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub
- 03-12-2019 16:09 Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyinat olub
- 03-12-2019 11:43 Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb
- 02-12-2019 18:28 Prezident parlamentin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib
- 02-12-2019 18:26 Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb - SİYAHI
- 02-12-2019 15:35 Azərbaycan XİN Nikol Paşinyana cavab verib