Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
12:32
Azərbaycan və Türkiyə pilotları Yevlaxda - FOTO

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir. Yevlax rayonunda keçirilən təlimlərdə pilotlarla uçuşöncəsi brifinq keçirilib. 

Bildirilib ki, Azərbaycan və Türkiyə aviasiya vasitələrinin uçuşlarını həyata keçirmək üçün uçuş zolağı tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, sentyabrın 2-dən start götürən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Sentyabrın 16-da yekunlaşacaq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir./Report

Məqalədə : TurAz Qartalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
402

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
435

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
430

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
65258

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
748

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2020 21:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru