Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
10:44
600
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi AÇIQLANDI

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2.314.467,60 min ABŞ dolları təşkil edib.

Faktxeber.com bildiri ki, Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatlara görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575.014,25 min dollar və ya 33,06 faiz çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18 faiz təşkil edir. Bu məbləğin 1.498.423,18 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 640.817,5 min dollar və ya 74,72 faiz çoxdur. Türkiyənin ixracının Azərbaycanın ümumi ixracdakı payı 12,21 faiz təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Türkiyəyə 816.044,42 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.803,26 min dollar və ya 7,46 faiz azdır. Türkiyənin idxalının Azərbaycanın ümumi idxaldakı payı 9,68 faiz təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1.739.453,35 min dollar təşkil edib ki, bunun da 857.605,68 min dolları Azərbaycanın ixracının, 881.847,68 min dolları isə idxalının payına düşüb.

Məqalədə : Azərbaycan Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
178

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
199

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
360

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
202

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
256
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru