Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2021
13:46
Azərbaycan və Gürcüstan Qırmızı körpünü birgə bərpa edəcək

Gürcüstan və Azərbaycan Qırmızı körpü abidəsini birgə bərpa etməklə bağlı müzakirələr aparır.

Bu barədə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Qırmızı körpü həm Gürcüstan, həm də Azərbaycanın mədəni irs abidəsidir: “Biz bu abidənin qayğısına bir yerdə qalmalıyıq. Körpünün konservasiyası və bərpası işləri elə həyata keçirilməldirir ki, hər iki ölkə bununla fəxr etsin”.

Qırmızı körpünün Azərbaycanda “Sınıq körpü” adlandırıldığını qeyd edən T.Tsulukianinin sözlərinə görə, dostcasına və peşəkarcasına bərpadan sonra abidə qürur rəmzinə çevriləcək.

O, azərbaycanlı həmkarı ilə görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib: “Biz kino sənayesi, muzeylər, yaradıcı sənayelər arasında əməkdaşlıq, tarixi abidələrin qorunması və bərpası üzrə təcrübə mübadiləsinə dair razılığa gəldik”.

Nazir vurğulayıb ki, YUNESCO çərçivəsində Gürcüstan və Azərbaycan qarşılılqı dəstəyi, bir-birinin maraqlarının müdafiəsini aktiv şəkildə davam etdirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
427

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
418

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
812

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
441

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
469

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
458

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
415

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
636
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 17:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru