Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
19:01
Azərbaycan tələbələri Cəmkəranda Nimeyi-Şəban mərasimi keçirib - VİDEO

Giperssilka.ru xəbər verir ki, müqəddəs Cəmkəranda İmam Zaman (Allah təala şərəfli zühurun tezləşdirsin) həzrətlərinin təvəllüdünün 1187-ci ili münasibətilə Azərbaycan tələbələri tərəfindən bayram mərasimi keçirilib.

Nərgiz Xatun (ə) salonunda baş tutan bayram mərasimi Beynəlxalq Quran qarisi Kərbəlayi Anarin müqəddəs Qurani-Kərim tilavətilə açılıb. Ustad, höccətül-islam Hacı Məhəmməd Baqir Saivər mərasim iştirakçıları qarşısında İntizar fəlsəfəsi və Zühur hakimiyyətinin mahiyyətinə dair söhbət edib, həqiqi intizarın amillərini diqqətə çatdırıb.

Bayram tədbirinin davamında əvvəlcə yeniyetmələrdən ibarət "İlahi Rəng" ilahilər qrupu, daha sonra isə məddah Hacı Cəlal Cəfəri Zəmanə İmamına (əf) həsr edilmiş ilahi nəğmələr səsləndirib. 

Daha sonra mərasimdə Hacı Xəlil tərəfindən İmam Mehdi (əf) və zühura dair intellektual müsabiqə keçirilib, qaliblərə mükafatlar təqdim olunub.

Mərasimin sonunda Hacı Abuzər Cəbiyev elmi mərkəz tərəfindən keçirilmiş Qur'an müsabiqəsinin qaliblərini açıqlayıb, qaliblər müsabiqənin münsifləri vasitəsilə hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, koronavirus şəraiti ilə əlaqədar mövlud gecəsi müqəddəs Cəmkəran Məscidinə hərəkət məhdudlaşdırılsa da, bir çoxları piyada mütəhhər hərəmə yetişə bilib. Zəmanə İmamının (əf) mövlud gecəsi Cəmkəranda səadətli gün münasibətilə gecə saat 23:00 radələrində atəşfəşanlıq keçirilib. 

Məqalədə : Cəmkəran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru