
AİP mübarək Ramazan ayının sona yetişməsi və Fitr bayramının gəlişi münasibətilə xaiqımızı təbrik etdi. Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrikdə deyilir:
“Əziz həmvətənlərimiz, qardaş və bacılar! Sizi on bir ayın sultanı mübarək Ramaz ayının sona yetişməsi və Fitr bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirik. Allahın bu rəhmət və məxfirət ayında ibadətlərinizin, tutduğunuz orucun, etdiyiniz duaların, Yaradan qarşısında hər növ itaətlərinizin qəbul olunmasını, günahlarınızın bağışlanmasını arzulayırıq. Allahdan evlərinizə, ailələrinizə bu ayın fəzilət, bərəkət, rəhmət və mərhəmətinin nazil olmasını diləyirik.
Ramazan Allahın buyurduğu hikmət dolu bir aydır. Bu ayın əməlləri insanları və ümumən cəmiyyətləri paklığa, birliyə, bərabərliyə, fərdləri nəfslərilə mübarizəyə çağırır. Başqa sözlə, Ramazan İlahi, mənəvi kamillik yolunun açarıdır. Bu ayın bütün fəzilətlərilə bəhrələnən insanlara Allahın böyük və tükənməz rəhməti nəsib olur.
Ramazan ayının ən başlıca ilahi dəyəri bu ayda müqəddəs Qurani-Kərimin yer üzünə nazil olmasıdır. Məhz bu ayın Qədr gecələrinin birində insanlığa ən doğru yolu göstərən, bu yolu xilqətə açıq dəlilləri ilə aydınlaşdıran, haqqı batildən ayıran Qurani-Kərim lövhi-məfhuzdan tam şəkildə nazil olub. İlahi ziyafət ayı Ramazan həm də müsəlmanların vəhdət ayıdır. Bu ayda İslamın əzəməti daha da güclənir, insanların öz fitrətinə qayıdışı baş verir. Bu yüksək dəyərli əlamətlər qarşısında müsəlman torpaqlarına göz dikən, onlara zülm edən qəsbkar düşmənlər çox zəifdirlər. Qüdsün, Fələstin torpaqlarının, İraq, Suriya,Əfqanıstan, Kəşmir, Yəmən, Bəhreyn, Dağlıq Qarabağ torpaqlarının azad edilməsi məhz müqəddəs dinimizin, Ramazan ayının bizə təlqin etdiyi bu vəhdətdən, birliyimizdən keçir, bizi qələbəyə yaxınlaşdırır. Ramazan mərhəmət ayıdır. Fitr gecəsi hər kəs yoxsul, ehtiyac içərisində olan bəndələri düşünərək onlara əl uzatmağa çalışır. Ona görə də yer üzünün bütün müsəlmanları mübarək Ramazan ayının sonunu, Fitr gününü səbirsizliklə gözləyir, bu bayramı sevinclə qeyd edirlər.
Amma onu da qeyd etməliyik ki, dünyanın hegemon qüvvələri ölüm caynaqlarıyla müsəlman torpaqlarında kəndləri, şəhərləri dağıdır, insanları evsiz-eşiksiz qoyur, ailələri, valideynlərini itirmiş körpələri vətənlərindən didərgin salırlar. Ədalətsiz müharibələrin qurbanları bu əziz bayramı sevinclə qeyd etməkdən məhrum olurlar. Təəssüflər olsun ki, ölkəmizdə də ədalətsizliyə məruz qalan bir çox insanlar bu mübarək günləri cəmiyyətdən təcrid olunmuş şəkildə- məhbəsdə qarşılayır, baş verən haqsızlıq ucbatından bir çox ailələr bayramı niskil içərisində keçirir. İslamın müqəddəs dəyərlərinin daşıyıcıları olan ruhanilərin terrorçulardan fərqləndirilməməsi İslam düşmənlərini sevindirir. Arzu edək ki, günahsız yerə həbs olunmuş siyasi, vicdan, İslam məhbuslarının haqqı tezliklə bərpa olunsun, ailələrinə qovuşsunlar.
Bir daha bərəkətli və mübarək Ramazan Bayramı münasibətilə xalqımızı təbrik edir, tutulan orucların, ibadət və itaətlərin qəbul olunmasını Uca Allahdan diləyirik.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun19-05-2020 15:25 AİP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanladı
03-03-2020 13:56 AİP-in sədr müavini Hacı İlham Əliyevin Müdafiə Komitəsi bəyanat yayıb
01-03-2020 15:01 AİP Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verdi
26-02-2020 17:05 AİP üzvləri Xocalı şəhidlərini yad etdilər - FOTO
13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
06-02-2020 16:25 AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib