Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
10:51
384
Azərbaycan, Rusiya və İran prezidentləri bir araya gəlir

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlığın getdiyini bildirib. Onun sözlərinə görə, prezidentlərin növbəti üçtərəfli görüşü avqust ayında Rusiyada keçiriləcək.

Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə səfərlərin mümkünlüyü ilə bağlı suala cavab verən Rusiya XİN başçısının müavini hər iki tərəfin belə təmaslara hazır olduğunu vurğulayıb: "Biz hər zaman liderlərimiz, hökumət başçılarımız və XİN rəhbərlərimizin görüşmələri üçün material hazırlayırıq. Ona görə də, hər iki tərəf belə təmaslara hazırdır. 2018-ci ildə belə görüşlər çox oldu. Ötən il sentyabrda Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə mühüm rəsmi səfəri baş tutub. İndiyə kimi bu görüşün nəticələrini hiss edirik. Bu görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün işləyirik".

Rusiya, Azərbaycan və İran prezidentlərinin növbəti üçtərəfli görüşündə Tehranın ABŞ-la münasibətləri, enerji təhlükəsizliyi məsələsinin müzakirəsi gözlənilir./Sputnik

Məqalədə : Rusiya Azərbaycan İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
115

Bakının iki qəsəbəsində su olmayacaq

26

Avqust
10:43
ÖLKƏ
136

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
120

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
146

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
681
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 13:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru