Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
17:42
Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək

“Paytaxt Bakı "Formula 1" üzrə Azərbaycan Qran-prisinə tam hazırdır. Yarış üçün nəzərdə tutulan bütün infrastruktur qurulub”.

Bunu açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib. Onun sözlərinə görə, 4 - 6 iyunda baş tutacaq Qran-pridə iştirak etmək üçün 10 komanda və 20 pilot gəlməyə başlayıb: “Formula 1"lə yanaşı, "Formula 2" çempionatı da paralel keçirilir. Bu çempionatda isə 11 komanda, 22 pilot yarışır. Ümumilikdə 42 pilot gəlməyə başlayıb. BŞH komandaların qarajlarındakı işləri, demək olar ki, yekunlaşdırıb. Trek üzərində test və sıralama mərhələləri artıq cümə - bazar günləri baş tutacaq”.

BŞH rəsmisi onu da vurğulayıb ki, Bakıdakı yarışın işıqlandırılmasına dünya mediasının marağı olduqca böyükdür: "Azərbaycan Qran-prisini 70-dən artıq əcnəbi media nümayəndəsi və 20-dək xarici telekanal işıqlandıracaq. Yerli medianın da akkreditasiyası artıq yekunlaşmaq üzrədir. Bu il yarışlar azarkeşsiz keçiriləcəyindən, onlar üçün nəzərdə tutulan əyləncə zonası, ümumiyyətlə, Bulvarda yerləşən "Formula 1" şəhərciyi olmayacaq”.

Ayan Nəcəf-Ağayeva Formula 1-dəki yeniliyə də diqqət çəkib. Onun sözlərinə görə, artıq qadınlar arasında da dünya çempionatının təşkili məsələlərinə diqqət yetirilməyə başlayıb. “Formula 1 W Series”, yəni, "Formula 1" üzrə Qadınlar Seriyası çox müzakirə olunan və təşkil olunan çempionatdır: “Hətta builki "Formula 1" mövsümünda 3 təşkilatçı ölkə qadınlar arasında da yarış keçirəcək”.(Report)

Məqalədə : "Formula 1" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
145

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
243

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
270

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
255

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
277

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
455
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 19:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru