Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
15:15
1016
Azərbaycanın İrandakı səfiri Təbrizin imam-cüməsi ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşemlə görüşüb.

Faktxeber.com APA-ya istinadən xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyindən verilən məlumata görə, görüş zamanı diplomat bildirib ki, iki ölkənin prezidentlərinin siyasi iradəsi nəticəsində qarşılıqlı əlaqələr özünün inkişaf mərhələsini yaşayır.

İkitərəfli əlaqələrin inkişafının sevindirici hal olduğunu vurğulayan B. Hüseynov deyib ki, İranla Azərbaycan arasında qarşılıqlı və faydalı layihələr həyata keçirilir, iki dost və qonşu ölkə arasında mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir.

İran və Azərbaycan xalqlarının tarixi, mədəni və dini ortaqlıqlarına toxunan Seyid Məhəmmədəli Al-Haşem qeyd edib ki, iki ölkənin tarixən əlaqələri olub, bu gün dövlət rəsmiləri əlaqələri daha da genişləndirmək üçün siyasi iradə nümayiş etdirirlər. Seyid Məhəmmədəli Al-Haşem əməkdaşlıq əlaqələrinin və iki dövlət arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə bildirilib ki, müsəlmanların vəhdəti düşmənləri məyus edir. Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib. Ali rəhbərin nümayəndəsi Azərbaycanda məhərrəm ayı mərasimlərinin keçirilməsini yüksək qiymətləndirib. Lakin məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı gileyi olduğunu bildirib.

B. Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir: “Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil. Əslində bu il Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
33

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
62

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
51

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
224

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
176
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 12:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru