Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
09:15
Azərbaycanın müvafiq radio yayım stansiyaları beynəlxalq qeydiyyata alınıb

Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Nazirlikdən bildirilib ki, ölkənin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə, onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb. 

BTİ-nin rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün BTİ-yə təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub. 

Nəticədə Ermənistan tərəfindən edilən əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınması təmin edilib.

Nazirlikdən bildirilib ki, son illər ərzində Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına ölkə tərəfindən edilən müraciətlər Ermənistan Rabitə Administrasiyası tərəfindən əsassız etiraz edilirdi. Ermənistan Rabitə Administrasiyasının bu əsassız etirazları Azərbaycanın radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da Azərbaycan tərəfinin fəaliyyətinə maneə təsirlərinin yaranmasına səbəb olurdu. (apa)

Məqalədə : radio 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62115

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59878

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61566

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61191

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66649

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60932

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61161
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2021 07:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru