Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
15:19
Azərbaycanın ekoloji risklər xəritəsi hazırlanıb

Azərbaycanın ekoloji risklər xəritəsi hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) FaktXəbər-ə verilən məlumata görə, xəritəni akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında işləyib hazırlayıblar.

Xəritə Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir.

Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.

Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, sığorta işlərində vacib mənbə rolunu oynaya bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
151

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
330

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
229

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR

20

Fevral
13:42
SİYASƏT
291

Sabahın hava proqnozu açıqlanıb

20

Fevral
13:09
ÖLKƏ
206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 16:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru