Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
09:28
Azərbaycan neftdən sonra ən çox gəliri bu məhsuldan alır

2019-cu ilin iyun ayında Azərbaycandan qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları), Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, 2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub.

Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2019-cu ilin iyun ayında ümumilikdə qeyri-neft sektoru üzrə ixrac 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon ABŞ dolları və ya 7 faiz artıb.

Məqalədə : Pomidor məhsul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisi piyadalara çağırış etdi

27

Fevral
11:10
NƏQLİYYAT
196

Oğlu oğurluq edən ata özünü öldürdü

27

Fevral
10:35
HÜQUQ,HADİSƏ
227

Bakıda marşrut avtobusları dezinfeksiya olunur

27

Fevral
10:33
NƏQLİYYAT
186

Baş nazirdən dərsliklərlə bağlı QƏRAR

27

Fevral
10:00
ELM / TƏHSİL
1114

Türkiyə Naxçıvanla sərhədi açdı

27

Fevral
09:18
SİYASƏT
326
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 11:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru