Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
09:52
480
Azərbaycan NATO PA-nın yaz sessiyasında təmsil olunacaq

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün mayın 30-da Slovakiyanın paytaxtı Bratislavaya səfər edəcəklər.

Əvvəlcə NATO PA-nın komitələrinin iclasları olacaq. Komitələrdə “NATO 70 il: Alyans dəyərlərinin yenidən təsdiqlənməsi”, “Sərhəd təhlükəsizliyi”, “Nüvə silahından çəkindirmənin yeni erası. Modernizasiya, silahlara nəzarət və müttəfiq nüvə qüvvələri”, “İqtisadi sanksiyalar xarici siyasət aləti kimi”, “Rəqəmsal bazara və kiber təhlükəsizliyə Şimali Amerika və Avropa yanaşması”, “Kiber dövrdə NATO: Təhlükəsizlik və müdafiənin gücləndirilməsi” və bir sıra digər mövzularda məsələlər müzakirə ediləcək.

Sonra NATO Parlament Assambleyasının plenar iclası öz işinə başlayacaq. Tədbirdə qurumun sədri Madelayn Mun, NATO Baş katibinin müavini Ros Gottenmoeller çıxış edəcəklər. Toplantıda son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq, maliyyə sənədləri təqdim olunacaq.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər iyunun 4-də başa çatacaq.

Məqalədə : NATO 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1695

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1003

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2149

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2776

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
115

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
817

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4147

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
97
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 22:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru