Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
11:05
1233
Azərbaycanlı bağban şəkər və təzyiq dərmanını həyətində yetişdirir

Hazırda ağaclardan birinin üzərində 30-a yaxın meyvə var. Bağban deyir ki, onlar avqustun sonunda yetişəcək

Bum - Qəbələ rayonunun ən böyük qəsəbələrindən biridir. Bura şabalıd, qoz və fındıq ağaclarının çoxluğu ilə digər kənd və qəsəbələrdən fərqlənir. Qəsəbə sakini Hakim Paşa da illərdir bağçılıq və tingçiliklə məşğuldur. Onun həyətyanı sahəsində çoxlu sayda dekorativ və meyvə ağacları görmək mümkündür.

Gündəlik dolanışığını tingçiliklə qazanan Hakim Paşa əsasən yaz-payız aylarında satış edir. Bir neçə il bundan qabaq Qəbələdə mürəbbə festivalı zamanı rayona qonaq gəlmiş hindli bir qonaq isə ona maraqlı fürsət bəxş edib: "Festivalda gəzərkən bir qonaqla tanış oldum. Bağbanlıqla məşğul olduğumu ona dedim".

Həmin əsnada qonağın əlində fərqli bir meyvə görən Hakim Paşa onun nə olduğunu soruşur. Qonaq bunun hind narı olduğunu, ancaq isti ərazilərdə böyük qulluq hesabına yetişdiyini bildirir. Olduqca marağını çəkən bu meyvəni necə əldə etməyi soruşan Hakim Paşaya hindli qonaq əlindəkilərdən ikisini bağışlayır. Amma yenə də vurğulayır ki, buralarda hind narı yetişməz.

Tədbirdən sonra evə gələn bağban meyvəni incələməyə başlayır və meyvənin içində bir neçə nar dənəciyi olduğunu görür. Dənəcikləri meyvədən təmizləyərək böyük diqqətlə qurudan bağban səbirsizliklə yazın gəlməsini gözləyir. Yaz aylarında böyük özənlə dənəcikləri öncə nəm salfet altında suda saxlayır, bir neçə gündən sonra isə torpağa basdırır. Toxumların cücərməsi uzun çəkir.

Nəhayət, keçən il ilk dəfə olaraq bağban iki hind narı ağacı yetişdirməyə nail olur. O, əldə etdiyi meyvələrdən yaxınlarına və tanışlarına hədiyyə edir.

Hakim Paşa hamının xoşuna gələn bu meyvənin artıq kütləvi şəkildə yetişdirilməsini planlaşdırır. Bağban deyir ki, övladlarının internetdə apardıqları araşdırmadan məlum olub ki, həmin meyvə qan təzyiqi, şəkər və digər xəstəliklərin müalicəsində geniş istifadə edilir və həmin xəstəliklərdən əziyyət çəkən insanlar üçün olduqca xeyirlidir.

Hazırda ağaclardan birinin üzərində 30-a yaxın meyvə var. Bağban deyir ki, onlar avqustun sonunda yetişəcək.(Sputnik.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
341

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
341

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
391

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1208

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1400

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1173

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1203

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
511
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 05:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru