Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
15:09
Azərbaycan şirkətləri Suriya bazarında təmsil olunmaqda maraqlıdır

Bu ilin fevral ayının sonunda Bakıda Suriya investorları və Azərbaycan sahibkarlarının iştirakı ilə biznes forum təşkil olunacaq.

Bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, təqribən 25-ə yaxın Suriya investorlarının iştirakı ilə keçiriləcək forumda əsasən üç sahə üzlə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək. Bunlar aqrar, sənaye və ticarət sahələridir.

"Bildiyiniz kimi, Suriya bazarı artıq sahibkarlar üçün əlçatandır və bunu nəzərə alaraq, biz yerli şirkətlərin bu bazarda təmsil olunmasında maraqlıyıq", - deyə Y. Əliyev qeyd edib.

Assosiasiyanın icraçı direktoru həmçinin əlavə edib ki, cari ilin sonunadək bir sıra ölkələrdə müştərək biznes forumların keçirilməsi nəzərdə tutulur: "Belə ki, mayın sonunda – iyunun əvvəlində Misirdə, sentyabrda Mərakeşdə, ilin sonunda isə Fars Körfəzi ölkələrinin birində biznes forumların keçirilməsi nəzərdə tutulur".(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53745

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51873

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53338

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53083

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58418

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52681

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53077
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 11:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru