Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2020
15:50
Azərbaycan Çinə humanitar yardım göndərdi

Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.

İcra Hakimiyyətindən verilən məlumata görə, 2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzarət işlərində müəyyən çətinliklər yaşanır.

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyi üçün bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin xalqını dəstəkləmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
381

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
405

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru