Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
14:41
Azərbaycan ilə İran arasında dəmir yolu sahəsində əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan ilə İran İslam Respublikası arasında dəmir yolu sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi üzrə memorandum imzalanıb.

İran mətbuatı xəbər verir ki, əməkdaşlıq memorandumunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli və Azərbaycanın Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov imzalayıb.

Memoranduma əsasən, iki ölkənin məhsul tranziti ildə 2 milyon ton artacaq.

Hər iki tərəf memorandum çərçivəsində dəmiryol əməkdaşlıqlarının inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bu gün İranla Azərbaycan Respublikası arasında bir sıra anlaşma sənədlərini imzalamaq və birgə layihələri müzakirə etmək məqsədilə Bakıya səfər edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
307

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
300

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 04:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru