Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
11:37
Azərbaycan həkimlər üçün 50 000 tibbi eynək alıb

BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınması həyata keçirilib.

TƏBİB-dən verilən məlumata görə, içində 50 000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termometrin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib.

Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satın alınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

“Son aylar ərzində BMT-nin İnkişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdırılması istiqamətləri daxildir”, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

Məqalədə : koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
407

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
316

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
233

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
271
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 00:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru