Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2020
10:36
Azərbaycan şəhidinə vida edir

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi başlayıb.

Vida mərasimi şəhidin ailəsinin məskunlaşdığı Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində keçirilir.

Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidin cənazəsi Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

İ.Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var.

Vəliyevlər ailəsi 1993-cü ildən Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzun müddətdir xəstəlikdən əziyyət çəkir.(Report)

Məqalədə : şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4324

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2020
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 14:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru