Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2021
12:50
Azərbaycan güləşinin kürəyi yerdə...

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandasının cəmi 3 idmançısı mübarizə aparacaq. Dünyanın ən nüfuzlu idman yarışında Azərbaycan sərbəst güləşini yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.

Buna səbəb isə Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç birinin lisenziya qazana bilməməsidir.

Bu, sərbəst güləş tariximizdə ən pis göstəricidir. 1996-cı ildə ilk dəfə ayrıca qatıldığımız Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.

Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. 

Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Həmin vaxt millinin çalışdırıcısı Firdovsi Umudov olub. Tokioda isə maksimum 3 mükafat qazana bilərik, bunun üçün də 100 faizlik nəticə olmalıdır. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.(Qafqazinfo)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
600

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
640

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
741
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 10:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru