Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2019
11:00
Azərbaycan donor ölkələr icmasına qoşulur

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) bu gün Böyük Britaniyanın paytaxtı Londondakı baş qərargahında keçirilən Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində Azərbaycanın donor ölkə kimi bu qurumun layihələrinə 2 milyon ABŞ dolları qrant ayırmasına dair müqavilə imzalanıb.

FaktXəbər-in verdiyi xəbərə görə, AYİB-in prezidenti Suma Çakrabarti və Azərbaycanın Baş Naziri Əli Əsədov AYİB-in Londondakı baş qərargahında keçirilən ilk “Şərq Tərəfdaşlığı” İnvestisiya Sammitində vəsaitin ayrılması üçün müvafiq saziş imzalayıblar.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2 milyon ABŞ dolları dəyərində qrantı ölkə iqtisadiyyatını diversifikasiya etməyə kömək etmək, qeyri-neft sektorunda özəl bizneslərin inkişafını təşviq etmək, innovasiya imkanlarını genişləndirmək və ixrac potensialını artırmaq üçün müxtəlif sektorlarda AYİB-in layihələrinə dəstəyi təmin edəcək.

"EBRD Azərbaycanda qabaqcıl institusional investorların biri olmaqla iqtisadiyyatın diversifikasiyası və özəl sektorun inkişafı istiqamətində edilən səyləri dəstəkləməyi diqqət mərkəzində saxlayır. Azərbaycanın öhdəliyinə götürdüyü yeni vəsait innovasiya və yeni texnologiyaların, regionların inkişafının, eləcə də enerji səmərəliliyini artıran layihələrdə dayanıqlı və bərpa olunan enerjinin təşviq edilməsi məqsədilə xüsusilə kənd təsərrüfatı sektorunda olmaqla, Kiçik və Orta Sahibkarlıq Subyektlərinə (KOSS) və qadınların təsis etdiyi bizneslərə kömək etmək üçün istifadə olunacaq.

Qrantlar nəqliyyat və bərk tullantıların idarə edilməsi kimi şəhər infrastrukturu sahəsində konsaltinq layihələri və investisiyalara dəstək təmin edəcək. Onlar həmçinin Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirmək üçün strateji göstərişlər təmin etmək istiqamətində siyasət islahatlarına dəstək təmin edəcək. Vəsait investisiya qrantları, təşviqedici ödənişlər və risklərin bölüşdürülməsi vasitələri formasında ayrıla bilər", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu günə qədər EBRD Azərbaycanda 168 layihəyə 3,3 milyard avro vəsait ayırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
324

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
538

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1549
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru