Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2019
09:00
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə bu yeni sözlər daxil edilib

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə bu yeni sözlər daxil edilib 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun bildirdiyinə görə, Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, lüğət AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün “Elm” nəşriyyatına təqdim edilib. M.Nağısoylu yeni Orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil edildiyini söyləyib.

Akademik əlavə edib ki, hazırkı lüğətdə mövcud olan təxminən 1000-ə yaxın söz yeni lüğətdən çıxarılıb: "Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə “ucadan” sözü var, amma "uca" sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, yutub, onlayn, instaqram, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək".

Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri açıqlayıb.

O qeyd edib ki, lüğətə pide, pilates, pilinq, depilyasiya, deport, demontaj, dermatokosmetologiya, devalvasiya, üzən məzənnə, dezinfyasiya, dezodorant-antiperspirant, DVD, DVD-R, dubl, dönər, popler, dopinq, e-dərslik, Ebola, ekonomiks, ekoturizm, eks-divident, gel-korrektor, gey, geyparad, gel-skrab-maska, fləş, fləş-kart, smaylik, smart-TV, selfi, sendviç, sellülit, seksizm, summativ, vay-fay, administrasiya, administrator, boulinq, breket, realiti-şou, realizə, mozaik, mozaiklik, motivasiya, İŞİD, dolğu, dollarlaşma, domen, institutsional, istəblişment (hakimiyyət dairəsi, siyasi elita), submədəniyyət, makdonalds, magistr, magistratura, geyşa (incəsənət adamı), ekonom-sinif, e-diplomatiya və s. kimi sözlər daxil edilib. (trend)

Məqalədə : Orfoqrafiya lüğəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53205

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51418

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52863

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52532

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57958

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52196

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52612
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 23:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru