Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2021
11:40
Azərbaycanda yeni tərəvəz növləri yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz, o cümlədən kartof növlərinin dequstasiyası keçirilib.

Tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin nazirliyin müvafiq şöbələrinin məsul şəxsləri, elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak edib. Yeni yaradılmış növlər haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat verib.

Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssislərinin yaratdığı pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni növləri təqdim olunub. Təqdim olunmuş tərəvəz növləri təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.

Yeni növlər bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, tərəvəzin dadı, əmtəllik olması, biokimyəvi tərkibi və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə 5 ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni növü təqdim olunub. Pomidor, xiyar və bibər növlərinin istixana şəraitində becərilməsi nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
210

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
635

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
675
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 11:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru