Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
09:27
834
Azərbaycanda yeni böyük magistral su kanalı çəkiləcək

Azərbaycanda yeni böyük magistral su kanalı çəkiləcək.

FaktXəbər-in məlumatına görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqaləsində yazıb.

Ə. Əhmədzadə bildirib ki, Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilib. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə-smeta sənədləri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri qeyd edib ki, kanalın yenidənqurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması, suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır: "Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcək".

Məqalədə : su kanalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1602

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2688

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1051

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1082

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1521

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1082

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
169
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 16:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru