Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
12:38
Azərbaycanda unun zənginləşdirilməsi üçün işlərə başlanıldı

Unun zənginləşdirilməsi üçün özəl şirkətlər, hökumət və vətəndaş cəmiyyəti arasında ciddi tərəfdaşlığa ehtiyac var.

FaktXəbər-in məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Sinqx Caydev Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə rəhbərliyi qida təhlükəsizliyi və mikronutriyentlərin çatışmazlığı ilə bağlı məsələlərə ciddi yanaşır: "Biz yalnız Azərbaycanda deyil, eləcə də qlobal səviyyədə bu təşəbbüsə dəstək veririk. Biz öz tərəfimizdən Qida Təhlükəsizliyi Agentliyinin və kənd təsərrüfatı məhsullarının istehsalçılarının tərəfdaşı olmaqdan məmnunuq. Çünki biz bununla həm Agentliyin fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsi və yeni standartların tətbiqi məsələlərində, həm də istehsalçıların beynəlxalq bazara çıxmasına dəstək oluruq. USAID Tacikistanda unun zənginləşdirilməsi proqramına dəstək olaraq ciddi nailiyyətlər əldə edib. Layihə imkan verib ki, Tacikistandakı dəyirmanlar unu zənginləşdirsinlər, bu sahədə çalışan personal təlimdən keçib".

S.Caydev qeyd edib ki, USAID Azərbaycanda unun zənginləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi düşünür: "Biz çalışacağıq ki, bu sahədə ABŞ-ın təcrübəsini daha geniş paylaşaq. Ümid edirəm ki, Tacikistandakı oxşar əməkdaşlıq Azərbaycanda da mümkün olacaq".

Məqalədə : un zənginləndirilmiş un 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19852

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18467

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19807

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19383

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24926

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19376

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 08:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru