Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2021
14:59
Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Tədbirdə agentliyin Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.

İclasın reqlament layihəsi üzrə çıxış edən Şura üzvləri sənəddə əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, onların hüquqları, vəzifələri və səlahiyyətləri, müvafiq sənədlərin hazırlanması, müzakirəsi, qəbulu, Müşahidə Şurasında sənədlərin ilkin və yekun müzakirəsi qaydaları, həmçinin bir sıra digər maddələr ətrafından fikir mübadiləsi aparıblar. Müzakirələrin yekununda bütün təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanaraq növbəti iclasa təqdim edilməsi qərara alınıb.

Sonra QHT qanunvericiliyində dəyişikliklərlə bağlı Müşahidə Şurası üzvlərinin hazırladıqları təkliflər ətrafında müzakirələr aparılıb. Səsləndirilən təkliflər arasında qrantlarla maliyyələşən layihələrin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin qeydiyyata alınması prosedurunun təkmilləşdirilməsi və bununla bağlı digər sənədləşmələrin asanlaşdırılması yer alırdı.

Müzakirələrin sonunda qərara alınıb ki, agentlik adından bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər qısa zamanda ümumiləşdirilsin və müvafiq qurumlara təqdim edilsin.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
196

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
204

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
210

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
196

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
235

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 07:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru