Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2019
12:11
714
Azərbaycanda proqramçıların müsabiqəsi keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə “AZCLOUD Hackathon 2019" müsabiqəsi keçirilir.

Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər.

“AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 manat məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat 1 iyul tarixindən başlayıb və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunub.

“Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimum isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarətdır. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulur.

Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat verilir. Komandalar tapşırığın yerinə yetirilməsi üzərində işləyir və sonda komandalar öz işlərini izahlı təqdimat şəklində təqdim edir.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsinə görə hər komanda üçün otaq (SkyBox) ayrılıb və yarışma ərzində komandalar qida ilə təmin olunur.

“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.

Məqalədə : proqramçılar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
340

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
339

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
390

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1207

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1399

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1172

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1202

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
511
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 05:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru