Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
12:05
645
Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, hazırda bu, test rejimində tətbiq olunmağa başlayıb:

“Nazirlər Kabinetinin hazırladığı qrafikə görə, bu aparatlar təsdiq olunacaq. Məqsəd sahibkarların üzərinə əlavə yükün düşməməsidir. Amma bu sahədə problemlər çoxdur. Bu problemlər, əsasən, vərdişlərlə bağlıdır. Bu vərdişlər çoxdan formalaşıb və birdən-birə dəyişmək də çətindir. Amma biz uzun müddət oturub gözləyə bilmərik”.

Sahib Ələkbərov POS-terminalların işləməməsindən də danışıb.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşüb:

“Milli Məclisdə POS-terminallarln işləməməsi ilə bağlı məsələ qaldırıldı. POS-terminallar ölkədə 10 ildən artıqdır tətbiq olunmağa başlayıb. Ölkədə POS-terminalların və kartların sayı kifayət qədərdir, amma bunlar işləmir.

Ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.(Oxu.az)

Məqalədə : POS-terminallar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1204

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1371

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1822

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1119

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1467

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1203

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1819
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 07:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru