Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
11:03
Azərbaycanda maqnit qasırğası gözlənilir

Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.

Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Faktxeber.com-a verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi tac dəliyindən çıxan yüksək sürətli axınlar effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən ikinci proqnoz günü, yəni 27 sentyabr tarixində günün ikinci yarısından etibarən maqnit qasırğasının olacağı gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.

Məqalədə : maqnit qasırğası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
528

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
363

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 14:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru