Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2021
12:48
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 4-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

Düşən yağışın miqdarı Astarada 89 (aylıq normanın 45%-i), Lənkəranda 43 (aylıq normanın 25%-i), Qubada 11, Altıağacda 7, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4, Qrız, Qusarda 3, Lerik, Yardımlıda 2, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında - Bakı, Maştağa, Sumqayıtda 1 mm-dək olub.

Sentyabrın 3-ü axşam 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib. Havanın maksimal temperaturu Bakıda 30°-dək isti olub.

Qeyd edək ki, bu gün gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
237

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
215

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
201

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
225

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
212

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
331

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
331

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
338

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 03:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru