
Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin daşımalarında azalma müşahidə edilib.
Ölkədə pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkətinin dayandırılması, yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın, o cümlədən yerli hava uçuşlarının dayandırılması sərnişin daşımalarının cari ilin aprel ayında mart ayına nisbətən müvafiq olaraq 46,9 faiz, ötən ilin aprel ayı ilə müqayisədə isə 58,9 faiz azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində cari ilin yanvar-aprel aylarında ölkə üzrə sərnişin daşınmasının isə 18,9 faiz azalmasına səbəb olub.
Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 509,8 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 89,7 faizi avtomobil nəqliyyatı, 10,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-aprel ayları ərzində 1 milyon 119,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 11,9 faiz artım müşahidə olunub.
Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 5,8 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 457,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 16,8 faiz azalıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 34,1 faiz azalaraq 50,9 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 439,0 min və ya 33,8 faiz az sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.(trend)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun17-06-2020 12:00 Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür
11-06-2020 17:23 Hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar t
01-06-2020 14:38 Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq
31-05-2020 10:25 Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
19-05-2020 10:45 BNA: Bakıda svetofor obyektlərinin üzərinə piyada bölmələri quraşdırılır
19-05-2020 10:35 Sabahdan bu ərazidə hərəkət məhdudlaşdırılacaq
- 25-06-2020 09:51 Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
- 19-06-2020 12:02 Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- 19-06-2020 10:34 Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə verilir - BNA
- 19-06-2020 10:25 Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq
- 19-06-2020 09:41 BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq
- 18-06-2020 10:57 Bakı metrosunda sərnişinlər üçün YENİLİK
- 18-06-2020 10:44 BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı
- 17-06-2020 12:00 Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür
- 17-06-2020 11:16 Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur
- 17-06-2020 10:36 Sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur
- 16-06-2020 12:00 Salyanda yol tikintisinə 5.6 milyon manat ayrılıb
- 13-06-2020 14:25 Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı
- 12-06-2020 17:56 Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır
- 12-06-2020 17:51 Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq
- 12-06-2020 17:29 DYP: İcazə portalında adı olanlar avtomobillərində ailə üzvlərini gəzdirməməlidir
- 12-06-2020 16:49 Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi
- 12-06-2020 15:51 Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq
- 12-06-2020 15:26 Dəmir yolu qatarlarında kondisionerlər işləyəcəkmi?
- 11-06-2020 18:00 Naxçıvana uçuşların vaxtı açıqlandı
- 11-06-2020 17:53 İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
- 11-06-2020 17:23 Hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi
- 11-06-2020 17:15 BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
- 11-06-2020 15:09 “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu genişləndirilir
- 11-06-2020 14:19 Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq
- 11-06-2020 12:16 Prezident Binəqədinin yolları ilə bağlı sərəncam verdi