Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2020
12:22
Azərbaycanda koronavirusla bağlı son durum açıqlandı

"Hazırda ölkədə təsdiqlənən 3 koronavirus xəstəsi var. Vəziyyətləri stabil olduğuna görə onlara xəstə demək olmur. Hazırki səhhətləri qənaətbəxşdir və müşahidələri həkim nəzarəti altında davam edir".

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, fevralın 29-dan sərhədlərdə məhdudlaşdırılmış rejim tətbiq olunduqdan sonra 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib:

"Onlar nəzərdə tutulmuş tədbirlər çərçivəsində müayinə olunaraq karantinə alınıb".

Y.Qarayeva qeyd edib ki, ölkədə koronavirus yoluxmasını müəyyən etmək üçün kifayət sayda test vasitəsi var.

TƏBİB rəsmisi qeyd edib ki, məktəblərdə tədrisin dayandırılması qabaqlayıcı tədbirdir:

"Tövsiyə edərdik ki, valideynlər uşaqlarını bu müddət ərzində qapalı məkanlarda kütləvi insanların olduğu məkanlara aparmasınlar".

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4668

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3162

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2521

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 03:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru