Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
10:00
Azərbaycanda koronavirusdan ölən onkoloq və hamilə həkimlə bağlı rəsmi açıqlama

“ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb”.    

Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iddialar tamamilə əsassızdır:

“Mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb.

Bir müddət sonra Fikrət Namazovda koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinə edilib və ATU-nun Tədris Terapevtik  Klinikasına yerləşdirilib. Aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb”.

Qeyd edilib ki, həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən etibarən analıq məzuniyyətindədir və artıq iki aydan çoxdur ki, işə gəlmir. (oxu.az)

Məqalədə : karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
560

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
601

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
662

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
597

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
703

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
560

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
721
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 23:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru