Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
10:38
Azərbaycanda itkin düşən tələbə tapıldı, borcu varmış

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.

O, özü sosial şəbəkədə paylaşım edib.

İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: "Bu çətin 7 gün ərzində məni axtaran və ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

İ.Hüseynovun atası bildirib ki, oğlu bu müddət ərzində Bakıda olub: "İlkin işlədiyi restorandan əmək haqqısını aldıqdan sonra xərcləyib. Bundan başqa, tanışından da 200 manata yaxın pul götürüb və onu da xərcləyib. Borcunu qaytara bilməyəcəyini fikirləşib və utandığından evə gəlmək istəməyib. Bir neçə gün Bakıda gözdən uzaq yerlərdə gecələyib. Nəhayət evə dönməyə qərar verib. Hazırda evdədir. Şükür indi hər şey yaxşıdır və səhhəti də normaldır".

Qeyd edək ki, İ.Hüseynov sonuncu dəfə mayın 11-də saat 15:40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızırzində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını qeyd edib. Ondan sonra İlkinin telefonuna bir daha zəng çatmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
180

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 04:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru